Fevralın 27-də Milanda Moda həftəsi çərçivəsində “Giorgio Armani” payız-qış kolleksiyasını təqdim edib.
Axşam.az xəbər verir ki, təqdimat zamanı Rusiyanın hərbi əməliyyatları ucbatından itkilərlə üzləşən Ukraynaya dəstək nümayiş olunub. Belə ki, kolleksiya podiumda təqdim olunan zaman musiqidən istifadə edilməyib. Bildirilib ki, bu addım Ukraynada yaşananlarla bağlı atılıb. Corcio Armaninin tam sükut formatında keçirilən yeni kolleksiyasını təqdim edirik: