Dünyaca məşhur fransız markası "Balenciaga" Rusiyanın keçirdiyi hərbi əməliyyatlara görə Ukraynaya açıq dəstək verib.
Axşam.az xəbər verir ki, marka instaqram hesabında olan bütün paylaşımları gizlədərək Ukraynanın bayrağının şəklini yerləşdiriblər. Həmçinin brend qaçqınlara maddi yardım etdiklərini açıqlayıblar: “Biz sülh tərəfdarıyıq və ukraynalı qaçqınlara ilk humanitar yardım üçün Ümumdünya Ərzaq Təşkilatına vəsait ayırdıq. Yaxın günlərdə Ukraynadakı vəziyyətlə bağlı hesabat vermək və məlumat paylaşmaq üçün platformalarımızı açacağıq." Xatırladaq ki, "Balenciaga"dan başqa “Giorgio Armani” brendi də Ukraynaya dəstəyini sonuncu təqdimatını musiqisiz keçirərək bildirib.