(050) 050 00 00
REKLAMINIZ BURADA

Lizzonun bu geyimi üçün 2 rulon yapışan lent lazım oldu - Fotolar

3286 d?f? oxunub
  • A-
  • A
  • A+
logo

ABŞ-ın məşhur artıqçəkili müğənnisi Lizzo "Elle" jurnalının sentyabr buraxılışının üz qabığında yer alıb.

Axşam.az xəbər verir ki, ifaçı bunun üçün "Balenciaga" brendinə məxsus geyimlə kamera qarşına keçib. Jurnalın verdiyi məlumata görə, Lizzo üçün bu təsvirin yaradılmasına 300 funt-sterlinq (təxminən 608 manat) dəyərində olan iki rulon yapışan lent sərf olunub.

O, ümumilkdə fotosessiya üçün "Di Pesta" libası, "Aliette", "Versace", "Gucci", "Chet Lo" brendlrinin paltar və aksesuarlarından istifadə edib.

"Səhnədə gördüyüm ulduzların demək olar ki, hamısı arıq və açıq dərili idi, mənə oxşamırdılar. Təbii ki, Missi Elliott və Kuin Latifa kimi xanımlar var idi. Lakin onlar mövcud reallığın istisnası idilər. Ona görə də həmişə hiss etmişəm ki, mahnı əla olsa belə, insanlar onu məndən eşitmək istəməyəcəklər" deyə, Lizzo açıqlayıb.

Turizm

Azərbaycan hotellərində dekabr üçün orta qiymət 25 %-ə yaxın artıb

Reklam

Reklam

Reklam