Fransız moda evi "Dior"un Yeni il kampaniyası sosial şəbəkə istifadəçilərinin tənqid atəşinə tuş gəlib.
Axşam.az xəbər verir ki, brend çəkiliş meydançasına - qarla örtülmüş ağcaqayın bağına görə Rusiyaya dəstək verməkdə şübhəli bilinib. Bundan başqa, modellərin ayağında olan çəkmələrdə mavi və ağ naxışlı qzhel - rus üslubunda olması da diqqətdən yayınmayıb. Bu səbəbdən paylaşım izləyicilər tərəfindən tənqid olunub. Bununla belə brend hələlik iddialara münasibət bildirməyib. Xatırladaq ki, "Dior" bir çox brend kimi Ukraynadakı müharibə fonunda Rusiya bazarından ayrıldığını açıqlamışdı.