Ötən gün "Met Gala 2023" baş tutb.
Axşam.az xəbər verir ki, builki qala 2019-cu ildə vəfat edən “Dəbin atası”, "Chanel" və "Fendi" moda evlərinin keçmiş kreativ direktoru Karl Laqerfeldin şərəfinə təşkil olunub. Gecədə bir çox məşhur sima iştirak edib. Tədbirdə Doja Cat alnındakı 1 milyon dollar dəyərindəki brilyantla diqqət çəkib. Digər diqqət mərkəzində olanlardan biri isə Lil Nas X olub. Onun imici üzərində 10 saat çalışıblar. Bunun üçün isə 5000 daş və 218 784 svarovski qaşlardan istifadə olunub.