Xəbər verdiyimiz kimi, şair, bəstəkar Xanım İsmayılqızının bir neçə gün əvvəl "Ömrün xanım fəsli" adlı yaradıcılıq gecəsi keçirilib.
Axşam.az-ın məlumatına görə, gecədə çıxış edən müğənnilər ifaları ilə yanaşı geyimləri ilə də diqqət çəkib. Xalq artisti Nəzakət Teymurova gecəyə gümüşü rəngli parıltılı, uzun libas geyinib. Xanəndə libasını eynirəngli sırğa ilə tamamlayıb. Xalq artisti Nazpəri Dostəliyeva da gümüşü geyimdən istifadə edib. Parıltılı libasını müğənni gümüşü aksessuarlarla tamamlayıb. Xalq artisti Röya Ayxan ağ ətək və korsetdən istifadə edib. Müğənni libasını mirvari uzun sırğalarla tamamlayıb. Əməkdar artist Mətanət İsgəndərli tünd göy rəngi ziyafət geyimi ilə konsertə qatılıb. Müğənni görünüşünü aksessuarlarla rəngləndirib. İfaçı baş aksessuarı və əlcəkdən istifadə edib. Əməkdar artist Fərqanə Qasımova açıq mavi rəngli geyimlə səhnəyə çıxıb. Əməkdar artist Lalə Məmmədova bənövşəyi libas seçib. İfaçının geyiminin yuxarısı və kürək hissəsi tül formasında olub. Müğənni Elnarə Xəlilova qara uzun libas seçib. İfaçı geyimini başına taxdığı gümüşü tacla tamamlayıb. Gecənin aparıcısı Leyla Quliyeva iki fərqli libasda səhnəyə çıxıb. L.Quliyeva ilk olaraq gümüşü dekolteli paltardan istifadə edib. O, gecənin ikinci yarısında qara korsetlə tamaşaçıların qarşısına keçib. O, ağ ətəkdən istifadə edib. Müğənni Dilarə Kazımova konsert üçün qırmızı geyimdən istifadə edib. O, lələkli şərflə görünüşünü tamamlayıb.