Müğənni Günay İbrahimli bu dəfə geyimi ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, sənətçi yeni fotosunu instaqram izləyiciləri ilə bölüşüb. İbrahimli "Dolce & Gabbana" brendinə məxsus top geyinib. O, tərzini "Diesel"dən olan qırmızı çanta ilə tamamlayıb. İfaçının koftasının qiyməti 590 dollar, təxminən 1003 manat, çantası isə 690 dollar, təxminən 1173 manatdır.