Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə yazıb. O, uzun sürən xəstəlikdən sonra 66 yaşında Londonda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bildirilib ki, şair İngiltərədə dəfn ediləcək. Qeyd edək ki, Z.Rüfətoğlu “Şirbalanın məhəbbəti” filminin ssenari müəllifi, “Səhər” qəzetinin təsisçilərindən biri, “Mavigözlü ögey ana” kitabının müəllifidir. Həmçinin “BBC Azərbaycan” xidmətində işləyib. O, 1991-ci ildə “Qızıl qələm” mükafatına layiq görülüb. Onu da bildirək ki, Z.Rüfətoğlu Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin qardaşıdır.