(050) 050 00 00
REKLAMINIZ BURADA

Sağlam arıqlamaq mütləqdir

874 d?f? oxunub
  • A-
  • A
  • A+
logo

Son günlər insanların çoxları artıq çəki almaqdan, hərəkətsizlikdən şikayətlənir. Koronavirus infeksiyasının çox yayıldığı ərəfədə immuniteti gücləndirmək mütləqdir. Bunu isə yağlı yemədən, sağlam qidalanaraq da etmək mümkündür.

Axşam.az vitaminlərlə bol olan pəhriz təqdim edir:

Pəhriz ərəfəsində yalnız adi su içmək lazımdır. Gündə bir dəfə mütləq alma, portağal və banan yeyin. Bu pəhrizi ən çox 3 həftə saxlamaq olar. Həm çəki atacaq, həm də immunitetiniz qaydasında olacaq.

İlk gün:
Səhər: kökü sürtgəcdən keçirdib, üzərinə 1 xörək qaşığı bal, yoqurt və yulaf töküb yeyin.
Nahar: Tərəvəzlərlə hazırlanan mayonezsiz salat və 1 armud.
Axşamtərəfi: 1 bolqar bibəri.
Şam yeməyi: kələmlə hazırlanan salat, 1 ədəd alma, 1 çay qaşığı zeytun yağı.

II gün:
Səhər: suda bişmiş çuğundur, qara gavalı, qoz, doğranmış kərəvizdən hazırlanan salat və 1 dilim çovdar çörəyi.
Nahar: çovdar sıyığı, közdə bişmiş badımcan, buxarda hazırlanan mal əti.
Axşamtərəfi: 1 ədəd portağal və alma.
Şam yeməyi: 1 salxım qara üzüm.

III gün:
Səhər: Üstünə 1 xörək qaşığı yoqurt və bal tökülmüş qarğıdalı sıyığı.
Nahar: 2 ədəd bolqar bibəri, pomidor, suda bişmiş tərəvəzlər, toyuq filesi və 1 dilim qara çörək.
Axşamtərəfi: 2 ədəd pomidor.
Şam yeməyi: suda bişmiş, üzərinə bal və qoz tökülmüş balqabaq.

IV gün:
Səhər: kələm, pomidor, göyərti, bibər, soğan və zeytun yağı ilə hazırlanan salat, suda bişmiş düyü.
Nahar: suda bişmiş qarabaşaq, badımcan əzməsi.
Axşamtərəfi: 1 ədəd banan.
Şam yeməyi: Közdə bişmiş badımcan və pomidor, kök, göyərti və 1 çay qaşığı xamadan hazırlanan salat, 1 dilim çovdar çörəyi.

V gün:
Səhər: üzərinə zeytun yağı tökülmüş, kələm və bolqar bibərindən hazırlanan salat. Suda bişmiş yulaf.
Nahar: 2-3 ədəd suda bişmiş kartof, yaşıl soğan, çuğundur, qoz və cəfəridən hazırlanan salat.
Axşamtərəfi: 2-3 ədəd kök.
Şam yeməyi: pomidor və kələmdən ibarət salat.

VI gün:   
Səhər: suda bişmiş yulaf, yoqurt.
Nahar:  pomidor, sarımsaq, suda bişmiş lobya, soğan, bolqar bibəri, kök və göyərtidən hazırlanan salat.
Axşamtərəfi: 1 bolqar bibəri, apelsin
Şam yeməyi: üzərinə bal tökülmüş, buxarda bişmiş balqabaq.

VII gün:
Səhər: suda bişmiş qarabaşaq, qara gavalı, qoz, göyərti və çuğundurdan hazırlanan salat.
Günorta: darı yarması, bolqar bibəri və digər tərəvəzlərlə hazırlanan salat, 1 dilim ağ çörək.
Axşamtərəfi: 2-3 ədəd kök.
Şam yeməyi: pomidor salatı və 1 dilim çovdar çörəyi.

Turizm

Azərbaycan hotellərində dekabr üçün orta qiymət 25 %-ə yaxın artıb

Reklam

Reklam

Reklam