Aparıcı Azər Süleymanlının ad günüdür.
Axşam.az xəbər verir ki, o, 38 yaşını qeyd etdiyini bildirib. Bu münasibətlə aparıcı obyektiv qarşısına keçərək, fotosessiya etdirib. "İllərdir ki, doğum günümü efirdə, çəkilişdə, səhnədə keçirirəm. Bu gün də günün sonunadək “Səs Azərbaycan”ın çəkilişindəyəm. Təbriklərinizə - zənglərinizə, rəylərinizə, mesajlarınıza vaxtında reaksiya verə bilməyəcəyimə görə indidən üzr istəyirəm. Sizi çox istəyirəm" deyə, A.Süleymanlı paylaşımında yazıb.