(050) 050 00 00
REKLAMINIZ BURADA

Türkiyənin qərarı bu il də dəyişmədi

683 d?f? oxunub
  • A-
  • A
  • A+
logo

Türkiyənin "Avroviziya" ilə bağlı qərarı bu il də dəyişməyib.

Axşam.az xəbər verir ki, 2025-ci ildə 69-cusu keçiriləcək növbəti müsabiqədə Türkiyə qatılan 38 ölkə arasında yer almayıb.

Qeyd edək ki, Türkiyə sonuncu dəfə 2012-ci ildə yarışmaya qatılıb. Bakıda baş tutan gecədə müğənni Can Bonomo "Love me back" mahnısı ilə 7-ci olub.

Onu da qeyd edək ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçiriləcək. Yarışmanın birinci və ikinci yarımfinalları 13-15 mayda, final isə 17 mayda planlaşdırılıb. Gələn il mahnı müsabiqəsi yeni qaydalar əsasında keçiriləcək.

Bu il yarışmanın qalibi "The Code" mahnısı ilə İsveçrə təmsilçisi Nemo olub. 

Finalda Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və İsveçrə yer alacaq. 2025-ci il yanvarın 28-də keçiriləcək püşkatmada hansı ölkələrin finalda çıxış edəcəyi bəlli olacaq.

Turizm

Azərbaycan hotellərində dekabr üçün orta qiymət 25 %-ə yaxın artıb

Reklam

Reklam

Reklam