"O səs Türkiyə"nin yeni il üçün olan xüsusi buraxılışının hazırlıqları davam edir.
Axşam.az xəbər verir ki, Ebru Gündeş bu il proqramda iştirak etməyəcək. Bu haqda türk mediası məlumat yayıb. Proqramın Yeni İl xüsusi buraxılışında məşhur adların əyləncəli səhnə çıxışları maraqla gözlənilir. Beyazıt Öztürkün təqdim etdiyi proqramda münsiflər kürsüsündə hansı adların oturacağı ortaya çıxsa da, Ebru Gündeşin siyahıda yer almaması diqqət çəkib. Gündeş vaxtını ailəsinə və qızına həsr edəcəyi üçün bu il Dubayda qalacağını açıqlayıb.