Türkiyənin "Haber Global" telekanalının əməkdaşı Məhərrəm Can Kurtuluş İstanbulda silahlı hücum zamanı öldürülüb.
Axşam.az xəbər verir ki, telekanalın 27 yaşlı əməkdaşına hücumda şübhəli bilinən 4 nəfər saxlanılıb. Bildirilib ki, Kurtuluş avtomobilini İstanbulun Beylikdüzü rayonundakı dayanacaqda saxlayıb. O, dayanacaqda dörd nəfərin məmurlarla mübahisə etdiyini görüb və onları sakitləşdirməyə çalışıb. Həmin şəxslər daha sonra Kurtuluşla dava etməyə başlayıblar. Ətrafdakıların müdaxiləsi ilə tərəfləri ayırıblar. 4 şübhəli avtomobillərinə minərək dayanacaqdan uzaqlaşıblar. Lakin onlar daha sonra Kurtuluşun qarşısını kəsiblər. Onlar Kurtuluşu güllələyərək hadisə yerindən qaçıblar. Ağır yaralanan telekanal əməkdaşı aparıldığı xəstəxanada dünyasını dəyişib. Polisin verdiyi məlumata görə, şübhəlilərin qaldıqları ünvanlarda aparılan axtarışlar zamanı 1 ədəd sənədsiz tapança, 4 tərəzi və 1 kq 200 qram narkotik vasitə götürülüb.