(050) 050 00 00
REKLAMINIZ BURADA

Hicabsız konsert verən müğənni saxlanıldı - Yenilənib

1460 d?f? oxunub
  • A-
  • A
  • A+
logo

İranda müğənni Parastu Əhmədi və musiqiçi yoldaşlarına qarşı cinayət işi açılıb.

Axşam.az xəbər verir ki, buna səbəb sənətçinin yutubdakı konsertdə hicabsız çıxış etməsi olub.

Konsertin videoyazısına bir gündən az vaxt ərzində 150 ​​min dəfədən çox baxılıb. Tamaşadan fraqmentlər müxtəlif sosial şəbəkələrdə yayılıb. Bu, Əhmədinin fəaliyyətini İran hüquq-mühafizə orqanlarının diqqətinə çatdırıb.

Hüquq-mühafizə orqanları Əhmədinin çıxışının ölkənin hüquqi və mədəni normalarına uyğun olmadığını bildirib. Orada iştirak edən musiqiçilərə qarşı tədbir görüləcəklərinə söz veriblər.

Onlayn konsert yayımlandıqdan az sonra təhlükəsizlik agentləri Əhmədinin evinə basqın ediblər. Müğənninin yeri isə hazırda məlum deyil.

Qeyd edək ki, İran qanunları qadınların başlarını örtmədən ictimai yerlərdə solo oxumasını qadağan edir. Əhmədi isə açıq-saçıq geyimdə, saçları açıq, qırmızı manikür və pomada ilə çıxış edib.

***

İranda müğənni Parastu Əhmədi və 4 musiqiçi yoldaşı saxlanılıb.

"Baza" teleqam kanalının məlumatına görə, yutubda hicabsız konsert verən ifaçını 10 ilə qədər həbs və ya ölüm cəzası gözləyir.

Qeyd olunur ki, Əhmədinin hicabsız çıxışı bilərəkdən itaətsizlikdir. O, 2022-ci ildə də hicaba qarşı etiraz aksiyasında iştirak edib.

Turizm

Azərbaycan hotellərində dekabr üçün orta qiymət 25 %-ə yaxın artıb

Reklam

Reklam

Reklam