Bu il ənənəvi olaraq keçiriləcək Yeni ilə özəl "O səs Türkiyə"də çıxış edəcək bəzi məşhurların adı bəlli olub.
Axşam.az xəbər verir ki, gecənin aparıcısı Beyazıt Öztürk olacaq. Səhnəyə Dilan Çiçek Deniz, Sıla Türkoğlu, Deniz Baysal, Barış Yurtçu, Doğukan Güngör, Aslıhan Güner, Esra Dermancıoğlu, Beril Pozam, Ersin Arıcı və Mert Turak çıxacaq. Münsif kürsüsündə isə Murat Boz, Yıldız Tilbe, Sinan Akçıl və Seda Sayan əyləşəcək. Çəkilişlər bu həftə başlayacaq. Qeyd edək ki, müğənni Ebru Gündeş bu il proqramda iştirak etməyəcək.