“Avroviziya 2011” qalibi Nigar Camalın yeni layihəsi təqdim olunub.
Axşam.az xəbər verir ki, müğənni bu dəfə Xanım İsmayılqızı yaradıcılığına müraciət edib. O, sözü və musiqisi İsmayılqızına aid “Sevdim” bəstəsini yenidən səsləndirib. Nigar hiti yeni aranjimanda və daha dinamik tərzdə oxuyub. Qeyd edək ki, mahnını ilk dəfə uzun illər öncə iş xanımı Ruhiyyə Əliyeva ifa edib.