Boşanmaqdan imtina edən türkiyəli model Ebru Şallı həyat yoldaşı Uğur Akkuş haqqında yeni iddialar irəli sürüb.
Axşam.az xəbər verir ki, bir müddət əvvəl Uğurun barışdıqlarını açıqlamasının ardından Ebru həyat yoldaşı ilə Parisdə olduğunu vurğulayıb. Amma cütlüklə bağlı xoş xəbər uzun çəkməyib. Bu paylaşımdan sonra Ebru Uğur tərəfindən təhdid olunduğunu bildirib: "Uzun müddətdir şiddət, təhdid, təhqirlərə məruz qalıram. 5 aydır onu görmürəm. Boşanma prosesində olduğum Uğur Akkuş ailəmə və yaxınlarıma, mətbuatdakı dostlarıma, iş apardığım qurumlara təhqiramiz mesajlar göndərir. Elə bir həddə çatıb ki, bu haqda açıqlama yaymalı oldum". Uğur növbəti dəfə paylaşım edərək medianı təhdid edib. Qeyd edək ki, Ebru və Uğur 2019-cu ildə ailə hayatı qurub. Ayrılıq xəbərlərindən sonra Uğur məhkəməyə təqdim etdikləri boşanma müraciətini geri götürdüklərini açıqlayıb. Aparıcının 10 yaşlı oğlu Pars limfa vəzində aşkarlanan xərçəngdən əziyyət çəkirdi. O, 2020-ci ilin aprelində xəstəxanada vəfat edib.