(050) 050 00 00
REKLAMINIZ BURADA

Günel Ələkbərova təhdid edilir - Video

516 d?f? oxunub
  • A-
  • A
  • A+
logo

Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yayımladığı videoda bildirib. O, Daxili İşlər Nazirliyindən yardım istəyib:

"Tanımadığım nömrədən mənə zəng gəldi və özünü həkim Səadət Əliyevanın nişanlısı kimi təqdim edən Cavid adlı şəxs tərəfindən təhdid olundum. Hədə-qorxuya məruz qaldığım üçün daxili işlər naziri Vilayət Eyvazova öz və azyaşlı qızımın təhlükəsizliyinin təmin olunması üçün müraciət edirəm.

Mənə zəng gəldikdən sonra 102 qaynar xətti ilə əlaqə saxladım və Binəqədi rayon Polis idarəsi 6-cı polis şöbəsində də ərizəmlə hər şeyi ətraflı şəkildə bildirdim. Təhdidlərə məruz qalmağımın səbəbi isə 2 il əvvəl həkim Səadət Əliyevanın "Mayomed" klinikasında mənim səhhətində ciddi problem olan 65 yaşlı anamı uğursuz əməliyyat etməsidir. Yerli keyitmə ilə 10 saat əməliyyat olunmuşdu. Hazırda anamın üzündə ciddi problemlər mövcuddur. Üzündə deformasiya var. O xanım nömrələrini də dəyişir. Ona görə də klinika ilə əlaqə saxladıq. Həmin həkimin artıq orada işləmədiyini dedilər. Amma bu belə deyil. O, başqa klinikalarda da çalışır. Bəlkə də onlarla belə insan var ki, üzləri bərbad hala düşür. Narazılıq bildirdikdə isə təhdid olunurlar. Amma mən buna susmayacağam. Azərbaycan vətəndaşı kimi qanunlara dayanaraq, inanıram ki, qurumlar bu barədə ciddi tədbir görəcəklər. Səhiyyə Nazirliyinə və TƏBİB-ə də müraciət edirəm. Özünü həkim kimi təqdim edən Səadət Əliyevanın tibbi savadı araşdırılsın və çalışdığı klinikalarla müqaviləsinin olub-olmadığı yoxlanılsın. Mən susmayacağam, öz haqqımı tələb edəcəyəm".

Turizm

Azərbaycan hotellərində dekabr üçün orta qiymət 25 %-ə yaxın artıb

Reklam

Reklam

Reklam